Məqalə Tərtibat Qaydaları
MƏQALƏYƏ QOYULAN TƏLƏBLƏR VƏ MƏQALƏNİN
FORMATI
1. Ümumi
tələblər
- Məqalənin ümumi həcmi 7000 sözdən çox
olmamalıdır.
- Məqalə APA 7 istinad sisteminə uyğun
hazırlanmalıdır.
- Müəllifin (müəlliflərin) ORCID nömrəsi mütləq
göstərilməlidir.
- Müəllifin (müəlliflərin) elektron ümvanı (E-mail)
mütləq gpstərilməlidir
2. Məqalənin adı
Məqalənin adı qısa, aydın, informativ olmalı
və məzmunu dəqiq əks etdirməlidir. Başlıq böyük hərflərlə yazılmalıdır. Şrift: TimesNew Roman, 11 pt.
3. Müəllif məlumatları
Məqalədə hər bir müəllif barədə aşağıdakı
məlumatlar göstərilməlidir:
- ad, soyad, ata adı;
- elmi dərəcə və elmi ad;
- iş yeri və ya təşkilatın adı;
- şəhər və ölkə;
- e-poçt ünvanı;
- ORCID nömrəsi. (Şrift:
TimesNew Roman, 12pt.)
4. Xülasə, açar sözlər və JEL kodları
Xülasə əvvəlcə məqalənin yazıldığı dildə,
sonra isə ingilis dilində verilməlidir. Xülasədə tədqiqatın aktuallığı,
məqsədi, istifadə olunan metodologiya, əsas nəticələri, elmi yeniliyi və
tətbiqi əhəmiyyəti qısa və sistemli şəkildə təqdim olunmalıdır. Xülasə
məqalənin əsas məzmununu əhatə etməlidir. Xülasənin həcmi 250–300 söz
olmalıdır. Məqaləyə 5–8 açar söz və uyğun JEL kodları əlavə edilməlidir. (Şrift:
TimesNew Roman, 11 pt., interval 1)
5. Məqalənin əsas strukturu
Məqalə, əsasən, aşağıdakı hissələrdən ibarət
olmalıdır:
- Giriş
- Ədəbiyyat icmalı
- Məlumat və metodologiya
- Təhlil və qiymətləndirmə
- Yekun və tətbiqi nəticələr
- Ədəbiyyat siyahısı.
6. Giriş
Giriş hissəsində mövzunun aktuallığı
əsaslandırılmalı, tədqiqat probleminin mahiyyəti açıqlanmalı, məqsəd və
vəzifələr dəqiq göstərilməlidir. Eyni zamanda tədqiqatın obyekti, predmeti,
əsas sualı və ya hipotezi ifadə olunmalı, mövzunun elmi və praktik əhəmiyyəti
qısa şəkildə izah edilməlidir. Lazım gəldikdə mövzu ilə bağlı əsas elmi
yanaşmalara qısa istinadlar verilə bilər. (Şrift:
TimesNew Roman, 12pt., interval 1.15)
7. Ədəbiyyat icmalı
Bu bölmədə mövzu üzrə mövcud elmi ədəbiyyat
sistemləşdirilməli, müxtəlif müəlliflərin yanaşmaları müqayisəli şəkildə təhlil
olunmalıdır. Ədəbiyyat icmalı yalnız mənbələrin sadalanması ilə
məhdudlaşmamalı, müəllif baxışına və elmi boşluqlarıngöstərilməsinə əsaslanmalıdır.
Birbaşa sitat verildikdə səhifə nömrəsi mütləq göstərilməlidir. (Şrift: TimesNew Roman, 12pt., interval 1.15)
8. Məlumat və metodologiya
Bu bölmə məcburidir. Burada istifadə olunan
məlumat bazası, araşdırılan dövr, müşahidə vahidləri, göstəricilər, dəyişənlər,
təhlil üsulları, modellər və metodoloji yanaşmalar aydın şəkildə təqdim
olunmalıdır. Xüsusilə aşağıdakılar göstərilməlidir:
- məlumat mənbələri;
- məlumatların aid olduğu dövr;
- seçmə və əhatə dairəsi;
- istifadə olunan əsas göstəricilər;
- tətbiq olunan statistik, ekonometrik, müqayisəli
və ya keyfiyyət metodları;
- modelin və ya metodoloji
yanaşmanın seçilmə səbəbi;
- tədqiqatın məhdudiyyətləri;
- etibarlılıq və uyğunluq məsələləri. (Şrift:
TimesNew Roman, 12pt., interval 1.15)
9. Təhlil və qiymətləndirmə, nəticələr
Bu bölmədə tədqiqat nəticələri seçilmiş metodologiyaya uyğun olaraq sistemli, məntiqi və ardıcıl şəkildə təqdim edilməlidir. Nəticələr cədvəllər, qrafiklər, diaqramlar və digər vizual materiallarla dəstəklənə bilər. Hər bir cədvəl və ya qrafik mətndə ayrıca izah edilməli, nəticələrin yalnız texniki təqdimatı ilə kifayətlənilməməlidir. (Şrift: TimesNew Roman, 12pt., interval 1.15)
10. Yekun və tətbiqi nəticələr
Bu hissədə məqalənin əsas elmi nəticələri
ümumiləşdirilmiş formada təqdim olunmalıdır. Tədqiqatın elmi yeniliyi, praktik
əhəmiyyəti və mümkün tətbiq istiqamətləri aydın şəkildə göstərilməlidir.
Zərurət olduqda tövsiyələr və gələcək tədqiqat istiqamətləri də bu hissədə
verilə bilər. (Şrift: TimesNew Roman, 12pt.,
interval 1.15)
11. Ədəbiyyat siyahısı
Ədəbiyyat siyahısı APA 7 qaydalarına uyğun
tərtib olunmalıdır. Mənbələr əlifba sırası ilə verilməli, nömrələnməməlidir.
Mətn daxilində istinad olunan bütün mənbələr ədəbiyyat siyahısında
göstərilməlidir. Bir neçə dildə mənbədən istifadə edildiyi hallarda mənbələr
dillər üzrə sistemli şəkildə qruplaşdırıla bilər. DOI olan mənbələrdə DOI
mütləq göstərilməlidir. (Şrift: TimesNew Roman,
11pt., interval 1.0)
Nümunələr:
Aliyev, A. N. (2023).
Regional inkişafın sosial-iqtisadi qiymətləndirilməsi məsələləri. İqtisadi
Tədqiqatlar Jurnalı, 12(2), 45–60. https://doi.org/10.xxxx/xxxxx
Azərbaycan Respublikası
Dövlət Statistika Komitəsi. (2024). Regionlar üzrə əsas sosial-iqtisadi
göstəricilər. [URL varsa əlavə olunur]
Freeman, C., &Soete, L.
(2009). Developingscience, technology and innovation indicators: Whatwe can
learnfromthepast. UNU-MERIT.
North, D.C. (1990). Institutions,
institutionalchange and economicperformance. CambridgeUniversity Press.
World Bank. (2022). Worlddevelopmentreport
2022: Financefor an equitablerecovery. World Bank.


