Jurnal haqqında
Jurnal haqqında
“İqtisadi
artım və ictimai rifah” jurnalı Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin İqtisadiyyat
İnstitutunun açıq çıxışlı, resenziyalı elmi-praktiki nəşridir. Jurnal
1999-cu ildən müxtəlif adlarla nəşr edilmiş, 2020-ci ildən isə “İqtisadi
artım və ictimai rifah” adı ilə fəaliyyətini davam etdirmişdir.
Jurnal
Azərbaycan Respublikası Ədliyyə Nazirliyində qeydiyyata alınmışdır (Qeydiyyat №
3402) və Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya
Komissiyasının dissertasiyaların əsas nəticələrinin dərc olunması tövsiyə
edilən elmi nəşrlər siyahısına daxildir.
ISSN
2707-9309 (Print)
ISSN 2707-9317 (Online)
Jurnal
makroiqtisadiyyat, iqtisadi siyasət, regional və sosial-iqtisadi inkişaf, aqrar
və ekoloji iqtisadiyyat, bank işi, vergitutma, audit, idarəetmə, marketinq,
mühasibat uçotu, gömrük və digər əlaqəli sahələr üzrə orijinal elmi
tədqiqatların nəticələrini dərc edir.
Jurnal rüblük,
ildə dörd dəfə — mart, iyun, sentyabr və dekabr aylarında nəşr olunur.
Redaksiya siyasəti və nəşr prosesi Committee on Publication Ethics (COPE)
tərəfindən müəyyən edilmiş beynəlxalq nəşr etikası prinsiplərinə əsaslanır.
Jurnal Azərbaycan,
türk, rus və ingilis dillərində əvvəllər dərc edilməmiş və eyni zamanda
başqa nəşrə təqdim olunmamış orijinal elmi məqalələri qəbul edir.


